Tramp şikayət edib- Nobel almayacağam

Bölmə: Dünya › ,
Tarix: 14:59 21.06.2025

 

ABŞ Prezidenti Donald Tramp Konqo Demokratik Respublikası ilə Ruanda Respublikası arasında onilliklərdir davam edən qanlı münaqişəyə son qoyacaq sülh razılaşmasının əldə olunmasında vasitəçi olduğunu açıqlayıb.


"İnformator.az" xəbər verir ki, Tramp bunu sosial şəbəkə hesabında yazıb.

 

O qeyd edib ki, bu razılaşma ABŞ-nin Dövlət katibi Marko Rubio ilə birgə səyləri nəticəsində mümkün olub:

“Ruanda və Konqo nümayəndələri sənədləri imzalamaq üçün bazar ertəsi Vaşinqtona gələcəklər. Bu, Afrika üçün böyük bir gündür və açığı, bütün dünya üçün də böyük gündür”.


Prezident həmçinin bildirib ki, bu kimi təşəbbüslərinə baxmayaraq, Nobel Sülh Mükafatına layiq görülmür:

 

“Mən Hindistan və Pakistan, Serbiya və Kosova, Misir və Efiopiya, eləcə də İsrail və İran arasında sülhə töhfələr versəm də, heç vaxt Nobel Sülh Mükafatı almayacağam. Amma insanlar nə etdiyimi bilirlər və mənim üçün vacib olan da budur.

Tramp özünün təşəbbüsü ilə həyata keçirilən “İbrahim saziş”ini Yaxın Şərqdə əsrlər sonra ilk dəfə birliyi təmin edən razılaşma adlandırıb.