Ərdoğan Xankəndiyə səfər edəcək

Bölmə: Siyasət › ,
Tarix: 12:38 25.06.2025

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndiyə səfər edəcək.

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşündə iştirak edəcək.

İƏT-in 17-ci Zirvəsi 3-4 iyul tarixlərində baş tutacaq.

 

Qeyd edək ki, İƏT-in 16-cı Zirvə Görüşü 2023-cü il noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilib.