Ronaldunun karyerasını davam etdirəcəyi klub bilinib

Bölmə: İdman › ,
Tarix: 23:13 25.06.2025

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Ən-Nəsr" komandasında çıxış etməyə davam edəcək.

 

"İnformator.az" xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

 

Bildirilir ki, 40 yaşlı forvard klubla yeni müqavilə imzalamağa hazırlaşır, rəsmi sənədlər yoxlama mərhələsindədir.


Müqavilənin müddətinin bir və ya iki illik olacağı qeyd olunur. Xatırladaq ki, Ronaldu 2023-cü ilin yanvarından "Ən-Nəsr"də çıxış edir.