New-Yorkun ilk müsəlman sosialist bələdiyyə merliyinə namizəd

Bölmə: Dünya › ,
Tarix: 22:42 25.06.2025

 

ABŞ-də New-York ştatının nümayəndəsi olan 33 yaşlı Zöhran Mamdani Demokratlar Partiyasından New-York merliyinə namizəd olmağa hazırlaşır.

 

Səslərin 95%-nin hesablanması ilə Demokratlar Partiyasının ilkin seçkilərində Mamdani 2021-ci ildə vəzifəsindən istefa verən keçmiş qubernator Endryu Kuomoya qarşı 43%-36% üstünlük təşkil edir.

Bildirilir ki, poçtla göndərilən səslər iyulun 1-nə qədər gözləməli olduğundan yekun nəticələrin açıqlanması iyulun ilk həftəsində baş tuta bilər.

Mamdaninin namizədliyi təsdiq olunarsa, o, şəhərin ilk müsəlman merliyinə namizəd kimi tarixə düşəcək.

Mamdani qələbə nitqində tərəfdarlarına deyib: "Biz bu gecə tarix yazdıq. Mən Demokratlardan New-York merliyinə namizədiniz olacağam".

Bir vaxtlar yerli siyasətdə dominant fiqur olan Cuomo üzərində qələbəsi mütərəqqi insanlar üçün dönüş nöqtəsidir və şəhərin siyasi ağırlıq mərkəzində dəyişikliyə işarə edir.


BBC NEWS
Səmayə Səftərova