İran nüvə materiallarını zərbədən öncə çıxarıb? - Tramp

Bölmə: Dünya › ,
Tarix: 23:07 25.06.2025

İranın nüvə materialları onlarla metr qalınlığında dağ süxurlarının, betonun və poladın altında basdırılıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə NATO sammitindən sonra Haaqada keçirilən mətbuat konfransında ABŞ Prezidenti Donald Tramp bildirib.

 

ABŞ kəşfiyyatının İranın nüvə materiallarını bombardman edilən obyektlərdən əvvəlcədən çıxarmağa müvəffəq olub-olmadığı barədə suala cavab olaraq Tramp deyib:

"Xeyr, əksinə. Bizim fikrimizcə, onlara o qədər güclü və tez zərbə endirdik ki, onlar bu materialları çıxarmağa macal tapmadılar. Əgər siz bu cür materiallar barədə nəsə bilirsinizsə, onda xəbəriniz var: onları daşımaq həm çox çətindir, həm də təhlükəlidir".

 

Amerika liderinin sözlərinə görə, nüvə materialları yerin 30-35 mərtəbə dərinliyində yerləşir:

“Biz hesab edirik ki, onlar qranit, beton və polad təbəqələrin altında basdırılıb”.