“Fenerbahçe” basketbol komandası Türkiyə çempionu olub

Tarix: 23:51 25.06.2025
Basketbol üzrə Türkiyə Superliqasında 2024-2025-ci illər mövsümünün qalibi məlum olub.
"İnformator.az"xəbər verir ki, "Fenerbahçe" və "Beşiktaş" komandaları final seriyasının beşinci oyununda üz-üzə gəlib. Görüş "sarı-lacivərdlilər"in 84:68 hesablı qələbəsi ilə yekunlaşıb.
Seriyada 4:1 hesablı üstünlük əldə edən "Fenerbahçe" ölkə çempionu olub.