Qvadelupa Fransadan ayrılmaq istəyir

Bölmə: Dünya › ,
Tarix: 21:35 25.06.2025

Port-Luis Bələdiyyə Şurasının üzvü və Qvadelupa Kommunist Partiyası rəhbərliyinin nümayəndəsi Viktor Artein Qvadelupanın gələcəyinə həsr olunmuş konfransda çıxış edərək, adanın Fransa ilə davam edən asılılığını kəskin tənqid edib.

 

"Qvadelupalıların siyasi suverenliyi heç vaxt təmin olunmayıb. Kənd təsərrüfatımız, ticarət əlaqələrimiz və ümumi iqtisadiyyatımız sistemli şəkildə zəiflədilir, bu da bizi getdikcə idxaldan asılı vəziyyətə salır",– deyə Artein bildirib.

 

O, Qvadelupanın bütün sahələrinin müstəqil şəkildə yenidən qurulmasını tələb edərək, Fransadan uzaqlaşmağı və mövcud razılaşmaların yenidən nəzərdən keçirilməsini vacib sayıb. Artein adanın beynəlxalq aləmdə özünü ifadə etməsinin və qlobal əlaqələr qurmasının zəruriliyini vurğulayıb.

 

"Əgər biz asılılıqdan və yoxsulluqdan qurtulmaq istəyiriksə, fundamental öz müqəddəratını təyinetmə hüququmuzu qətiyyətlə müdafiə etməliyik", – deyə o əlavə edib.

 

ANEWZ

Gülhüseynova Güllər