İranla gələn həftə danışıqlar olacaq -Tramp

Bölmə: Dünya › ,
Tarix: 21:41 25.06.2025

ABŞ Prezidenti Donald Tramp İranla gələn həftə danışıqlar olacağını bildirib.

Tramp bu fikirləri NATO Liderlər Sammitindən sonra keçirdiyi mətbuat konfransında səsləndirib.

O, İsrail və İran arasındakı vəziyyəti “12 günlük müharibə” adlandıraraq deyib:

 

“Tarixi atəşkəsə nail olduq. İrana mükəmməl bir əməliyyat həyata keçirdik. Düşünmürəm ki, onlar bir daha bir-birinə hücum edəcəklər. Dəfələrlə demişəm, İran nüvə silahına sahib ola bilməz. ABŞ ordusu nüvə obyektlərini mükəmməl şəkildə vurub. Bunu dünyada yalnız ABŞ edə bilər”.

 

Tramp həmçinin NATO xərcləri ilə bağlı bildirib: “20 ildir bunun olmasını istəyib. Müttəfiqlər arasında xərclər ədalətli bölüşdürülməlidir. Tarixi bir dönüm nöqtəsindəyik. NATO xərclərinin ÜDM-in 5 faizinə çatdırılması qaydasını tətbiq edib”.

 

O, Avropanın bundan sonra təhlükəsizlik üçün daha çox məsuliyyət daşıyacağını vurğulayaraq deyib:

"Ukraynadakı şəhərlər bombalanır. İnsanlar ölməməlidir. Buna son qoyulmalıdır. Toplayacağımız vəsait silah alınmasına yönəldiləcək. Bu silahlar da ABŞ istehsalı olacaq. Çünki dünyada ən yaxşı silahları biz istehsal edirik”.

 

TRT XƏBƏR 

Nuray Əliyeva