İran itkilərinin sayını açıqlayıb

Bölmə: Dünya › ,
Tarix: 21:42 25.06.2025

İran dövlət televiziyası Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məsələ ilə bağlı açıqlamasını yayımlayıb.

 

Açıqlamada bildirilib ki, İsrailin ölkə üzrə həyata keçirdiyi hücumlar nəticəsində 627 nəfər həyatını itirib. Yaralıların sayı isə 4870 nəfər təşkil edir.

 

Həmçinin qeyd olunub ki, ölən və yaralananların ən çoxu Tehran və Kirmanşah bölgələrində qeydə alınıb. Siyahının davamında Huzistan, Loristan, İsfahan, Mərkəzi vilayəti, Şərqi Azərbaycan, Həmədan, Zəncan və Gilan şəhərləri yer alır.

 

İranın səhiyyə naziri Məhəmmədrza Zaferkəndi dünən verdiyi açıqlamada İsrailin hücumları nəticəsində 606 nəfərin öldüyünü, 5332 nəfərin yaralandığını bildirib. 

 

TRT XƏBƏR 

Nuray Əliyeva