Əminə Ərdoğan liderlərin həyat yoldaşları ilə görüşüb

Tarix: 21:43 25.06.2025
Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Hollandiya kraliçası Maxima Zorreguieta Cerrutinin aparıcılıq etdiyi proqramda liderlərin xanımları ilə görüşüb.
NATO-nun Dövlət və Hökumət Başçıları Zirvə toplantısında iştirak etmək üçün Hollandiyaya gələn prezident Rəcəb Tayyib Ərdoğanı müşayiət edən Əminə Ərdoğan, liderlərin xanımlarının Boijmans van Beuningen Depo Muzeyində dəvət olunduğu proqrama qatılıb.
Burada ailə fotoşəkili çəkdirən və bələdçinin izahı ilə muzeyi gəzən Ərdoğan proqramda diplomatiya, təhsil, səhiyyə, mədəniyyət və ətraf mühitlə bağlı digər liderlərin xanımları ilə məlumat mübadiləsi aparıb.
TRT XƏBƏR
Fatimə Şahverdiyeva