"Al Hilal" – "Pachuca" oyunu

Tarix: 22:10 25.06.2025
"FIFA Klublar Dünya Kuboku"nun H qrupunda cümə günü səhər saat 04:00-da "Al Hilal Riyad" ilə "Pachuca" qarşılaşacaq. Görüş "TRT Spor" kanalında yayımlanacaq.
"FIFA Klublar Dünya Kuboku"nda qrup mərhələsinin həyəcanı başa çatır.
Səudiyyə Ərəbistanı təmsilçisi qrupda 2 xalla 3-cü yerdə qərarlaşıb. "Pachuca"isə hələ ki xal qazana bilməyib.
Görüş Nashville şəhərində yerləşən "Geodis Park" stadionunda baş tutacaq. Matçda hollandiyalı hakim Danny Desmond Makkelie idarəçilik edəcək.
Qarşılaşma saat 04:00-da "TRT Spor" vasitəsilə futbolsevərlərə təqdim olunacaq.
Mənbə: TRT Haber
Nigar Həsənzadə