"Fenerbahçe" Uğurcan Çakır üçün hərəkətə keçib

Bölmə: İdman › ,
Tarix: 22:16 25.06.2025

"Fenerbahçe" milli qapıçı Uğurcan Çakırın transferi üçün danışıqları davam etdirir

 

 Klub prezidenti Ali Koç milli qapıçı üçün son təklifini "Trabzonspor"a çatdıracaq.

 

Digər tərəfdən transfer işlərini davam etdirən "Fenerbahçe", müdafiədə Milan Skriniar və onun klubu "PSG" ilə danışıqları davam etdirir. "Fenerbahçe"nin gündəmində olan digər adlar isə Kyle Walker və Lucas Vazquezdir – klub bu iki futbolçudan birini heyətinə qatmağa çalışır.

 

"Sarı-lacivert"lilər Jhon Duranı icarəyə götürmək istəyir. Əgər 20 milyon avro civarındakı məbləğ aşağı salınsa, "Fenerbahçe" bu transferdə iddialı mövqeyə keçəcək.

 

Mənbə: TRT Haber 

Nigar Həsənzadə