İngiltərə Baş naziri prezident Ərdoğana təşəkkür edib

Tarix: 22:26 25.06.2025
Hollandiyada prezident Rəcəb Tayyib Ərdoğanla görüşən İngiltərə Baş naziri Keir Starmer, Ukraynada “İstəyənlər Koalisiyası”nın planlaşdırılmasında verdiyi dəstəyə və sülh danışıqlarındakı roluna görə Türkiyəyə təşəkkür edib.
İngiltərə Baş nazirinin 10 nömrəli ofisindən verilən yazılı açıqlamaya görə, Ərdoğan və Starmer Hollandiyanın Haaqa şəhərində keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində ikitərəfli görüş keçirib.
Açıqlamaya görə, Yaxın Şərqdəki hadisələri müzakirə edən Ərdoğan və Starmer İsrail və İran arasında atəşkəsin qənaətbəxş olduğu barədə razılığa gəliblər.
İkili həmçinin Qəzzadakı vəziyyəti müzakirə edərək, bölgəyə yardımı artırmaq və "qəbuledilməz" vəziyyətə son qoymaq barədə razılığa gəliblər.
Ukrayna ilə bağlı fikirlərini bildirən Starmer, Ukraynada fəaliyyət göstərməsi planlaşdırılan İstəklilər Koalisiyasının yaradılmasında göstərdikləri dəstəyə və sülh danışıqlarındakı roluna görə Türkiyə və Prezident Ərdoğana təşəkkür edib.
İki lider Türkiyə ilə Böyük Britaniya arasında hərbi əməkdaşlığın inkişafından məmnun olduqlarını ifadə edərək, tərəflər də azad ticarət sazişi müzakirələrində əldə olunan irəliləyişdən məmnunluqlarını bölüşdülər.
Mənbə: TRT Haber
Xədicə Məhərrəmli