Tehranın “çıxış yolları" qaçanların geri qayıtması üçün ayrılıb

Tarix: 22:29 25.06.2025
Atəşkəslə həyatın normallaşmağa başladığı İranın paytaxtı Tehrana dönüşlər sürətlənib. Nəqliyyatda sıxlığın qarşısını almaq üçün Tehranla şimaldakı şəhərlər arasındakı yollarda bütün zolaqlar paytaxta gələnlər üçün ayrılıb.
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Tehran-Chalous avtomobil yolunda nəqliyyatın hərəkəti birtərəfli edilib.
Ölkənin şimalından Tehrana intensiv qayıdışların başlaması ilə Tehran-Çalous yolunda nəqliyyatın hərəkəti sıxlaşıb.
Yol Polisi İdarəsi sıxlığın qarşısını almaq üçün Tehrandan ölkənin şimalına gedən yolun istiqamətini bağlayıb. Şimaldan Tehrana nəqliyyatın sıxlığı davam edir.
İsrailin Tehrana hücumları artdıqca paytaxt sakinləri daha çox ölkənin şimalındakı şəhərlərə üz tutublar.
Mənbə: TRT Haber
Xədicə Məhərrəmli