Ermənistanda arxiyepiskop da daxil olmaqla 14 nəfər həbs edilib

Tarix: 22:41 25.06.2025
Ermənistanın Baş Naziri Nikol Paşinyan “çevriliş cəhdinin” qarşısını aldıqlarını açıqlayıb. Ötənilki etirazlara rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyan da daxil olmaqla 14 nəfər həbs edilib.
Baş Nazir Paşinyan Telegram hesabında açıqlama verərək, “Kriminal-oliqarx təbəqəsinin hazırladığı möhtəşəm plan məhv edilib”,- deyib.
Qalstanyanın vəkili Ruben Melikyan bunun “siyasi araşdırma” olduğunu iddia edərək, həbsləri pisləyib.
Arxiyepiskop Qalstanyanın bağlı olduğu Erməni Apostol Kilsəsi ölkənin ən güclü dini strukturlarından biri hesab olunur. Reuters-in məlumatına görə, yüksək vəzifəli kilsə xadimləri Ermənistanın Azərbaycan tərəfindən hərbi məğlubiyyətindən sonra Paşinyanın istefasını tələb ediblər.
BBC NEWS
Səmayə Səftərova