Bərdədə iki qadın qidadan zəhərlənib

Bölmə: Hadisə › ,
Tarix: 13:13 26.06.2025

Bərdədə iki qadın qidadan zəhərlənib.

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu gün saat 21:50 radələrində iki qadın hospitalizasiya olunub.

Qeyd olunub ki, pasiyentlərə dəqiqləşdirilməmiş qida məhsullarında olan digər zəhərli maddələrin toksiki təsiri diaqnozu təyin edilib.

 

Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıb.