Sabirabad sakini həyat yoldaşını və gəlinini bıçaqlayıb

Bölmə: Hadisə › ,
Tarix: 17:40 26.06.2025

"İşdən gəlib eşitdim ki, bu hadisə baş verib. Kişinin psixoloji problemi yox idi. Birinci həyat yoldaşını bıçaqlayıb. Sonra, yəqin ki, qayınatasına mane olmaq üçün araya girdiyi üçün gəlin də bıçaqlanıb".

 

"İnformator.az" "Oxu.az"a istinadən xəbər verir ki, bunu Sabirabadın Beşdəli kəndində 1957-ci il təvəllüdlü Rəvan Hüseynovun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Aidə Hüseynova və gəlini, 1983-cü il təvəllüdlü Lətafət Hüseynovanı bıçaqlamaqda təqsirli bilindiyi qanlı olayla bağlı danışarkən qonşu Məzahir Məcidov deyib.

 

Yaralılar bıçaq xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


TƏBİB-dən bildirilib ki, 26 iyun saat 04:50 radələrində kəsilmiş-deşilmiş xəsarətlərlə iki nəfər Sabirabad rayon sakinləri Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.