Estoniya və Finladiyalı alimlər AzTU-da
Bölmə: Araşdırma › ,Tarix: 14:24 30.03.2016
AzTU-da “Mühəndislik sahəsində təlim nəticələrinə əsaslanan kurrikulum üzrə” seminar keçirilib. Seminarda mühəndislik kurrikulumlarının necə tətbiq olunması, ECTS (Avropa Kredit Tansferi Sistemi) verilməsi, təlim və qiymətləndirilmə metodlarının seçilməsi məsələləri müzakirə olunub. Müzakirələr zamanı eston və fin nümunələri arasındakı fərqlər, tədris və qiymətləndilmə metodlarının kurrikulumdakı təlim nəticələri ilə əlaqələndirilməsi və təkmilləşdirilməsi əsas mövzu olub.
Tallin Texnologiya Universiteti Mexaniki Mühəndislik fakültəsinin dekanı, professor Tauno Otto və Finlandiyanın Təhsilin Qiymətləndirilmə Mərkəzinin baş müşaviri Touko Apajalahti seminarda çıxış edərək keçiriləcək təlimlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, təlimlərdə Tallin Texnologiya Universitetinin və Finlandiyanın mühəndislik proqramının akkreditasiyasında müəyyən olunan qabaqcıl təcrübələrindən istifadə olunacaqdır. Təlimlər nəticəsində polad metal strukturlar və istifadəçi yönümlü konstruksiya üzrə təhsil almaqla məhsulların konstruksiyası sahəsində kadrların bacarığını gücləndirmək hədəflənir.
Təlimlərdə AzTU ilə yanaşı ölkəmizin bir sıra ali məktəblərinin nümayəndələri iştirak etmişlər.