Azərbaycan millisinin futbolçusu Polşa klubu ilə vidalaşıb

Bölmə: İdman › ,
Tarix: 17:42 30.06.2025

 

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Polşanın “Radomyak” klubu ilə vidalaşıb.

 

"İnformator.az"ın məlumatına görə, 26 yaşlı hücumçu bu barədə şəxsi instaqram hesabında paylaşım edib.

 

"Təşəkkürlər, “Radomyak”. Klub üçün ən yaxşısını arzulayıram. Birlikdə möhtəşəm vaxt keçirdik", - deyə forvard bildirib.


Qeyd edək ki, Renat Dadaşov bu ilin fevralında Polşanın "Radomyak" komandasına keçib. O, Polşa təmsilçisində 2 qola imza atıb.