Azərbaycanla dostlaşmağın yolu... -Rusiyalı senator

Bölmə: Dünya › ,
Tarix: 11:00 03.07.2025

"Açıq demək lazımdır ki, hazırda Azərbaycan Rusiya vətəndaşları üçün təhlükəsiz ölkə deyil".

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu rusiyalı senator Andrey Klişas deyib.

“Azərbaycan vətəndaşının ölümündə günahkarların cəzalandırılması iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək”, - o qeyd edib.