Çin: Rusiyanın Ukraynada məğlub olmasına yol verə bilmərik

Bölmə: Dünya › ,
Tarix: 08:27 04.07.2025

Pekin Rusiyanın Ukraynada məğlub olmasına imkan verə bilməz.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla söhbəti zamanı bildirib.


Çinin “South China Morning Post” nəşri mənbələrə istinadən yazır ki, bu mövqeyin səbəbi Çinin ABŞ-nin Rusiyadan sonra bütün diqqətini Pekinə yönəldəcəyindən ehtiyat etməsi ilə bağlıdır.