İsrailli əsirlərin yaxınları Netanyahuya məktub ünvanlayıblar

Bölmə: Dünya › ,
Tarix: 08:52 04.07.2025

İsrailli əsirlərin yaxınları Baş nazir Benyamin Netanyahuya məktub yazaraq "məhbus mübadiləsi anlaşması" tələb ediblər. 

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, israilli məhbus ailələrinin yaxınları HƏMAS-ın təkliflərinin nəzərdən keçirilməsini vacib sayırlar.


"İsrailin İrana hücumundan sonra regionda yeni reallıqlar yaranıb. Netanyahu hökuməti İsraildə saxlanılan bütün fələstinliləri azad etməli və HƏMAS-ın həbs etdiyi bütün israillilərin sərbəst buraxılmasına nail olmalıdır" - deyə, məktubda qeyd edilir.