KXDR ABŞ-ni kiberfəzada digər ölkələrə təhdidlər yaratmaqda ittiham edib

Bölmə: Dünya › ,
Tarix: 08:59 04.07.2025

ABŞ kiberfəzada KXDR də daxil olmaqla digər suveren dövlətlərə təhdidlər yaradır.


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Koreya Xalq Demokratik Respublikasının (KXDR) Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.


İyun ayının sonunda ABŞ hakimiyyəti KXDR-in dörd vətəndaşını kriptovalyuta oğurluğunda ittiham edərək axtarışa verdi. KXDR XİN bunu Vaşinqton tərəfindən düşmənçilik təzahürü, "kibertəhdid haqqında əsassız versiyaya əsaslanan cəfəng böhtan" və xalq respublikasının nüfuzunu ləkələmək cəhdi adlandırıb. Pxenyan "KXDR vətəndaşlarının hüquq və maraqlarını pozan" ABŞ hüquq-mühafizə orqanlarının "təxribatından" narahatlığını ifadə edib.