Ermənistan parlamentində Seyran Ohanyanın həbsi üçün səsvermə keçirilir

Tarix: 16:40 07.07.2025
Bu gün Ermənistan parlamentində müxalif “Ermənistan” blokunun rəhbəri Seyran Ohanyan və fraksiya katibi Arçvik Minasyan barəsində cinayət təqibinə icazə verilməsi ilə bağlı gizli səsvermə keçirilib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Cinayət işləri çərçivəsində Seyran Ohanyana qarşı irəli sürülən ittihamlar onun müdafiə naziri olduğu dövrə aiddir. İstintaqın məlumatına görə, Ohanyan Geqarkunik vilayətinin Draxdik kəndində yerləşən, “Sevan” Milli Parkının balansında olan 10,5 min kvadratmetrlik torpaq sahəsini qanunsuz olaraq mənimsəyib və həmin ərazidə dövlət büdcəsi hesabına şəxsi villa tikdirib.