İlham Əliyev vərəsəliklə bağlı fərman İMZALAYIB

Tarix: 16:55 07.07.2025
Prezident İlham Əliyev Torpaq, Mülki Prosessual, Mülki məcəllələrində, "Notariat haqqında" və "İcra haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
"İnformator.az" "Bakupost.az"a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi zamanı şəhadətnamə almaq üçün müraciət etməmiş şəxslərin də hüquqları təmin ediləcək.
Bununla yanaşı, notarius vərəsəlik şəhadətnaməsinin əldə olunması üçün müraciət edən vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digər vərəsələrin (miras şəriklərinin) də mirasdan onlara çatacaq paylarını müəyyən edərək həmin şəhadətnamədə göstərəcək.
Daşınmaz əmlakın dövlət reyestrini və daşınar əmlakın rəsmi reyestrlərini aparan orqan tərəfindən yuxarıda nəzərdə tutulmuş vərəsələr (miras şərikləri) və onların payları barədə məlumat müvafiq reyestrə daxil ediləcək.