Kreml Trampın sərt bəyanatlarına “kifayət qədər sakit” yanaşır-Peskov

Bölmə: Dünya › ,
Tarix: 22:38 09.07.2025

Kreml ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə qarşı sərt bəyanatlarını “kifayət qədər sakit” qarşılayır. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib. O, Trampın Putinə qarşı sərt çıxışları və ritorikasının daha da sərtləşməsi ilə bağlı verilən sualı cavablandırıb.

 

Peskov deyib:

“Biz buna kifayət qədər sakit yanaşırıq. Birincisi, Trampın ümumiyyətlə sərt üslubu var – o, istifadə etdiyi ifadələrdə sərtdir”.

 

O əlavə edib ki, Kreml Trampın çox vacib bir bəyanatını da eşidib – o da Ukrayna münaqişəsinin həllinin onun əvvəl düşündüyündən qat-qat çətin olduğunu deməsidir.

 

Peskov bildirib:

 

“Bu, bizim əvvəldən dediyimiz şeydir – bu məsələni bir gecədə həll etmək mümkün deyil”.

 

Onun sözlərinə görə, Moskva görür ki, Vaşinqton Ukrayna münaqişəsini tez bir zamanda həll etmək istəyir.

 

Anadolu Agency

Ayan Əsgərova