Rusiya Ukraynanın itkilərini yeniləyib-1253-cü gün

Bölmə: Dünya › ,
Tarix: 18:22 30.07.2025

Rusiya müharibənin 1253-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.


“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 664 təyyarəsi, 283 helikopteri, 73 522 PUA-sı, 624 zenit-raket kompleksi, 24 384 tank və digər zirehli texnikası, 1 584 reaktiv yaylım atəş sistemi, 27 956 artilleriya və minaatanı, 38 892 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.