Tailand Kambocanı ittiham edir

Tarix: 17:58 30.07.2025
Tailand ordusu Kamboca əsgərlərini Sisaket əyalətində üç mövqedə atəşkəsi pozaraq odlu silah və qumbaraatanlardan istifadə etməkdə ittiham edib. Tailand tərəfi cavab atəşi açdığını bildirib.
Ordu sözçüsü general-mayor Vintai Suvaree bu addımı "razılaşmaya hörmətsizlik və etimadın pozulması" kimi qiymətləndirib. Kamboca isə iddianı təkzib edərək onu "yalan və zərərli" adlandırıb, atəşkəsə nəzarət üçün müstəqil müşahidəçiləri dəstəklədiyini bildirib.
25 iyuldan bəri 43 nəfər həlak olub, 300 min mülki şəxs evlərini tərk edib. Atəşkəs Malayziya və ABŞ-nin təşəbbüsü ilə əldə olunub. Prezident Tramp hər iki ölkəyə ixrac rüsumlarının artırılacağı ilə bağlı xəbərdarlıq edib.
Tərəflər 4 avqustda müdafiə nazirlərinin görüşünədək qoşun hərəkətini dayandırmağa razılaşıblar, lakin hələ heç bir geri çəkilmə baş verməyib. Malayziya nəzarət mexanizminə rəhbərlik etməyə hazır olduğunu bildirib.
ANEWZ
Gülhüseynova Güllər