Duda Kiyevə hərbi yardım qovşağını bağlamaqla hədələyib

Bölmə: Dünya › ,
Tarix: 11:05 10.07.2025

Polşa Prezidenti Andjey Duda Ukraynaya hərbi yardımın çatdırılması üçün logistika mərkəzi olan Jeşuvdakı Yasionka hava limanını bağlamaq niyyətində olduğunu açıqlayıb.

 

"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, Duda bu barədə Polşanın “Otwarta Konserwa” qəzetinə müsahibəsində deyib.

 

“Sadəcə olaraq, Jeşuv hava limanının və avtomobil yollarımızın onlara məxsus olduğunu düşünürlər. Onların deyil, bizimdir. Kiminsə xoşuna gəlməyən bir şey varsa, onu bağlayıb sağollaşırıq”, - o bildirib.

 

Duda həmçinin vurğulayıb ki, Polşa Ukrayna ətrafında baş verən hadisələr kontekstində öz rolunu daha qətiyyətlə vurğulamalıdır, çünki həm Kiyev, həm də Qərb müttəfiqləri Varşavanın logistik resurslarını özlərinin hesab edir.