Kolleclərdə "Müəllimlik" ixtisası üzrə hazırlıq dayandırılıb

Tarix: 11:15 10.07.2025
Sertifikasiya imtahanlarında kollec məzunu olan müəllimlərinin nəticələri aşağıdır.
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim-keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, bu səbəbdən də bir müddətdir kolleclərdə "Müəllimlik" ixtisası üzrə hazırlıq dayandırılıb: “Vaxtilə kolleclərdə aparılmış müəllim hazırlığının mənfi nəticələrini biz hiss edirik”.