Filippin ABŞ ilə tarif danışıqlarına hazırlaşıb

Tarix: 12:19 10.07.2025
Filippin, ABŞ-nin Maniladan idxal olunan mallara 20%-lik yüksək tarif tətbiq etməsi fonunda Vaşinqtonla danışıqlara başlamağı planlaşdırır. Bu barədə Filippinin ABŞ-dəkı səfiri Xose Manuel Romualdez telefon mesajında bildirib.
O qeyd edib ki, məsələ ilə bağlı danışıqlar hələ də gündəmdədir. ABŞ prezidenti Donald Tramp avqustun 1-dən Filippin də daxil olmaqla bir sıra ölkələrə 20% tarif tətbiq olunacağını açıqlayıb. Bu, əvvəlki 17%-lik göstəricidən daha yüksəkdir.
Birləşmiş Ştatların Ticarət Nümayəndəliyinin məlumatına əsasən, 2024-cü ildə Filippinlə ABŞ arasında malların ümumi ticarət həcmi 23,5 milyard dollar olub. ABŞ-nin Filippinə ixracı 9,3 milyard dollar, idxal isə 14,2 milyard dollar təşkil edib. Nəticədə ABŞ-nin ticarət balansında Filippinlə kəsir 4,9 milyard dollara yüksəlib. Bu, əvvəlki illə müqayisədə 21,8% artım deməkdir. Filippin Prezident Administrasiyası məsələ ilə bağlı açıqlama verməyib.
Mənbə: Reuters
Qəmər Kazımzadə