İsfahanda Səlcuqlu yadigarı dağıdılıb

Bölmə: Dünya › ,
Tarix: 10:56 14.07.2025

İsfahan bələdiyyəsi ağır texnika ilə Səlcuqlu dövrünə aid "Kəmər zərrin" tarixi məkanını dağıdıb.

 

"İnformator.az" xəbər verir ki, bu haqda “Mehr” agentliyi məlumat yayıb.

 

“İsfahan bələdiyyəsi gecə vaxtı ağır texnika və buldzerlərlə tarixi abidəyə hücum etdi”, - məlumada deyilir.

 

Bir müddət əvvəl arxeoloq və ekspertlər həmin məkanın əhəmiyyətini vurğulamış və bu ərazidə torpaq altında qalan memarlıq və başqa tarixi əsər nümunələrinin üzə çıxarılması üçün Mədəni İrs Təşkilatının icazə verməsini tələb ediblər.