Rusiyaya işləməyə gələnlərə növbəti tələblər qoyulur

Bölmə: Sosial › ,
Tarix: 14:25 14.07.2025

Deputatlar miqrantlardan Rusiyaya gələrkən virus daşıyıcısı olmaması haqqında arayış təqdim etmələri üçün məcburi tələbin tətbiqini təklif ediblər.

 

"İnformator.az"  xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Əmək, sosial siyasət və veteranlarla iş üzrə komitəsinin rəhbəri Yaroslav Nilov deyib.

 

“Rusiyaya pul qazanmaq üçün gələn əcnəbilər öz problemlərini bizə gətirməli deyillər, bizim problemlərimizi həll etməlidirlər. Müvafiq qanun layihəsi baxılmaq üçün Dövlət Dumasına təqdim olunur. Sərhədi keçərkən miqrantlar etibarlı tibbi sığorta, QİÇS, hepatit B və C, sifilis və vərəmə yoluxmama haqqında arayış təqdim etməli olacaqlar. Onlar həmçinin bədənlərində narkotik və psixotrop maddələrin olmadığını təsdiq edən test nəticələrini təqdim etməlidirlər. Bu sənədlər olmadan onlar Rusiya sərhədindən keçə bilməyəcəklər”, - o bildirib.



Bölmədən digər xəbərlər
"Rəqəmsal İnkişafla Məşğulluq Yarat" layihəsi çərçivəsində 8-ci SMM təlimi keçirilib
“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 14 iyul tarixində “Rəqəmsal İnkişafla Məşğulluq Yarat” layihəsinin səkkizinci Sosial Media Marketinqi (SMM) təlimini təşkil edib.