Əliyevlə Paşinyan nədə razılaşıb? - İrəvan söz verib

Tarix: 14:26 14.07.2025
Ermənistan Nazirlər Kabineti Əbu-Dabidə Nikol Paşinyanla İlham Əliyev arasında aparılan danışıqların təfərrüatını açıqlamağa söz verib.
"İnformator.az" xəbər verir ki, bunu Ermənistan Baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan deyib.
O bildirib ki, yaxın vaxtlarda rəsmi açıqlamalar gözlənilir, orada bəzi təfərrüat, o cümlədən tərəflərin konsensus əldə etdiyi məsələlərlə bağlı məlumatlar veriləcək.