Nigeriyanın sabiq prezidenti Buhari vəfat edib

Bölmə: Dünya › ,
Tarix: 19:36 14.07.2025

Nigeriyanın sabiq prezidenti Muhammadu Buhari 82 yaşında, İngiltərənin paytaxtı Londonda dünyasını dəyişib.

Nigeriya Prezident Aparatından verilən yazılı açıqlamada, sabiq prezident Muhammadu Buharinin Londonda müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilib. Açıqlamada qeyd olunub ki, Prezident Bola Ahmed Tinubu, Buharinin nəşini Nigeriyaya müşayiət etmək üçün vitse-prezident Kaşim Şettimanı İngiltərəyə göndərib.

 

CNN Türk 

Nuray Əliyeva