İsrail Ordusu Yəməndən İsrailə uçan PUA-nı vurub

Tarix: 11:18 15.07.2025
İsrail Müdafiə Ordusu Yəməndən İsrailə uçan pilotsuz uçuş aparatını (PUA) vurub.
Bu barədə “İnformator.az” ordunun mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd olunub ki, PUA ölkənin cənubunda yerləşən Eylat şəhəri yaxınlığında zərərsizləşdirilib.