Çinli alimlər səmərəli günəş panelləri hazılayıblar

Bölmə: Dünya › ,
Tarix: 17:21 15.07.2025

Çin Elmlər Akademiyasının tədqiqatçıları titan dioksid (TiO₂) nanorodlarının sıxlığını tənzimləməklə onların ölçülərini dəyişmədən günəş enerjisi tətbiqlərində daha yüksək səmərəlilik əldə etməyin yolunu tapıblar.

 

Small Methods jurnalında dərc olunan araşdırma nanomaterial mühəndisliyində illərlə davam edən problemi – nanorodların ölçüsü, uzunluğu və sıxlığı arasındakı qarşılıqlı asılılığı – aradan qaldırıb. Ənənəvi yanaşmalarda bu parametrlərdən birini dəyişmək digərlərinə də təsir edirdi və bu, günəş elementləri və fotokatalizatorlar kimi cihazların effektivliyini məhdudlaşdırırdı.

 

Professor Mingtai Vanqın rəhbərlik etdiyi qrup hidroloiz mərhələsində dəyişiklik edərək rutile fazalı nanorodların böyüməsi üçün daha kiçik və vahid anatase nanozərrəciklər hazırlayıb. Bu üsul nanorod sıxlığını ölçülərindən asılı olmayaraq tənzimləməyə imkan verib.

 

Yeni TiO₂ nanorod filmləri CuInS₂ əsaslı günəş hüceyrələrində tətbiq edildikdə, enerji çevrilmə səmərəliliyi 10%-i keçərək 10.44%-ə çatıb. Tədqiqatçılar hazırladıqları “Həcm-Səth-Sıxlıq” modeli ilə nanorodlar arasındakı məsafənin işıq udulmasına, yük ayrılmasına və daşıyıcıların ötürülməsinə necə təsir etdiyini də izah ediblər.

 

Bu nailiyyət, təmiz enerji və optoelektronika sahəsində daha dəqiq nanostruktur idarəetməsi ilə yeni nəsil günəş texnologiyalarının inkişafına yol açır.

 

ANEWZ

Güllər Gülhüseynova