Suriya hökumətindən Süveyda çağırışı

Bölmə: Dünya › ,
Tarix: 17:29 21.07.2025

Suriya Xarici İşlər Nazirliyi Süveyda şəhərində baş verən toqquşmalardan sonra bölgəyə göndərilən humanitar yardım karvanının qarşısının alındığını açıqlayıb. Nazirlik açıqlamasında humanitar yardım karvanının bölgəyə girişinin qarşısının alınmasının ciddi təhlükəsizlik nəticələri doğura biləcəyi barədə xəbərdarlıq edib.

 

Digər tərəfdən, gün ərzində də mühüm hadisələr baş verib. Suriya Xarici İşlər Nazirliyi bir daha Süveyda əyalətinə humanitar yardım karvanının girişinin qarşısının alınmasının ciddi təhlükəsizlik fəsadlarına yol aça biləcəyi barədə xəbərdarlıq edib.

 

Nazirlikdən verilən yazılı açıqlamada bildirilib ki, Süveydada artan gərginlik və zorakılıq hadisələrindən sonra Suriya Xarici İşlər və Qürbətçilər, Fövqəladə Hallar və Təbii Fəlakətlər, Səhiyyə və Sosial İşlər nazirlikləri ilə Dəra və Süveyda valiliklərinin koordinasiyası ilə uyğun təhlükəsizlik şəraiti təmin edilərək humanitar yardım karvanının göndərilməsi üçün hazırlıqlara başlanılıb.

 

Süveydada 13 iyul tarixində bəzi druz (Dürzi) qrupları ilə bədəvi ərəblər arasında silahlı toqquşmalar başlayıb. Müdaxilə edən Suriya təhlükəsizlik qüvvələri pusquya salınıb. Genişlənən toqquşmalar atəşkəslə dayandırılıb. Lakin Hikmət əl-Həcriyə bağlı Dürzi qüvvələri atəşkəsi pozub.

 

İsrail ordusu 16 iyulda Suriya Prezident Sarayı, Baş Qərargah və Müdafiə Nazirliyinə hava zərbələri endirib.

 

Suriya ordusu Süveydadan geri çəkilərkən Həcri qrupuna bağlı silahlılar bədəvi ailələri köçürməyə və edamlara başlayıb. Xaricdən minlərlə qəbilə döyüşçüsü bədəvi ərəblərə dəstək vermək üçün bölgəyə gəlib.

 

Suriya hökuməti 19 iyulda təhlükəsizlik qüvvələrini yenidən Süveydada yerləşdirməyə başlayıb və bədəvi ilə qəbilə döyüşçülərinin şəhəri tərk etməsini təmin edib. 13 iyuldan bəri silahlı və ya mülki yüzlərlə insanın öldüyü, bu sayın daha yüksək ola biləcəyi ehtimal olunub.

 

Haberler.com

Aygün Babayeva