Ukrayna, Rusiya ilə danışıqlar üçün Türkiyəni təklif edib

Tarix: 18:52 21.07.2025
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov Rusiya və Ukrayna nümayəndələrinin Türkiyədə yeni bir görüş keçirməsini təklif edib.
Zelenski bu barədə “X” sosial şəbəkəsində ölkəsinin səfirləri ilə keçirdiyi görüş haqqında paylaşım edərkən məlumat verib. Ukrayna lideri 2022-ci ildə başlayan müharibədən sonra atılan diplomatik addımlara və görüş zamanı səfirlərə verdiyi təlimatlara toxunub. Rusiya ilə Ukrayna arasında aparılan danışıqlarda “effektiv nəticələrin yalnız ölkə liderləri səviyyəsində ola biləcəyini” vurğulayan Zelenski, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi və eyni zamanda Ukrayna nümayəndə heyətinin rəhbəri Umerovun Türkiyədə iki ölkənin nümayəndələrinin yeni görüş keçirməsini təklif etdiyini bildirib.
Zelenski qeyd edib ki, Kiyev gündəliyində əsirlərin dəyişdirilməsi, Rusiya vasitəsilə qaçırılan uşaqların geri qaytarılması və liderlərin görüşünə hazırlıq məsələləri yer alır.
TRT XƏBƏR
Nuray Əliyeva