"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib

Tarix: 21:11 29.07.2025
"Turan Tovuz" Türkiyə toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununda Türkiyənin I Liqa təmsilçisi "Keçiörengücü" ilə bərabərə qalıb.
"İnformator.az" xəbər verir ki, qarşılaşmada hesab açılmayıb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqası təmsilçisi Türkiyədəki ilk sınaq matçında yerli "Çorum" klubu ilə heç-heçə (1:1) oynayıb.