"Qarabağ"ın gücünü bilirik

Tarix: 22:44 30.07.2025
İstədiyimiz nəticə olmadı. Rəqibin gücünü bilirdik.
"İnformator.az" xəbər verir ki, bu sözləri İrlandiyanın “Şelburn” komandasının baş məşqçisi Coy Obrayn UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda “Qarabağ”a 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, "Qarabağ"ı növbəti mərhələ münasibətilə təbrik edib:
“Stadionda isə əla atmosfer var idi. Burada oynamaq bizə çətin oldu. Bugünkü matça yaxşı hazırlaşmışdıq. Hesabı bərabərləşdirmək üçün imkanlarımız yaranıb:
“Qarabağ” yaxşı komandadır. Onların Avropa səhnəsində böyük təcrübəsi var. Gələcək görüşlərdə uğurlar arzulayıram”.
Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən rəqibini 4:0 hesabı ilə üstələyən Ağdam klubu III təsnifat mərhələsinə vəsiqə qazanıb.