Hədəfimiz yenidən ÇL-in qrup mərhələsində oynamaqdır-Tahir Gözəl

Tarix: 22:51 30.07.2025
“Komandamızın çıxışını çox müsbət qiymətləndirirəm. Çox gözəl oyun oldu”.
"İnformator.az" xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl evdə İrlandiya "Şelburn"una 1:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
Klub prezidenti oyun barədə belə deyib: “Əsas odur ki, görüşdə zədələnən oyunçumuz olmadı. Komanda üçün bu, çox önəmi idi. Məni sevindirən digər amil yeni transferlərin yaxşı oyun sərgiləmləri oldu.
Daha iki transfer nəzərdə tutulub. Baş məşqçi Qurban Qurbanov istəyib, biz də dəstək veririk. Hədəfimiz yenidən Çempionlar Liqasının qrup mərhələsində oynamaqdır. Klubun gəlirləri baxımından da bu, çox önəmldir”.