Fərid Nəbiyev yenidən "Kəpəz"də

Tarix: 22:57 30.07.2025
“Kəpəz” daha bir futbolçunun keçidini həll edib.
"İnformator.az" klubun rəsmi saytına istinadən xəbər verir ki, Fərid Nəbiyev yenidən Gəncə təmsilçilərinin şərəfini qoruyacaq.
26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
F.Nəbiyev ilk dəfə 2022/2023-cü illər mövsümündə "Kəpəz"in şərəfini qoruyub. Futbolçu 30 çempionat oyununda 4 qol vurub və 7 assist edib.
Nəbiyevin son klubu "Səbail" olub.