"Aeroflot"a kiber hücum

Tarix: 21:49 29.07.2025
Rusiyada ölkənin ən böyük hava yolu şirkəti olan "Aeroflot" kompüter hakerlərinin kiber hücuma məruz qalıb. Baş vermiş nasazlıq nəticəsində Moskvadakı Şeremetyevo Hava Limanında 50-yə yaxın reys ləğv edilib.
Rusiya Baş Prokurorluğunun yaydığı yazılı açıqlamada bu gün Aeroflot şirkətinin çoxsaylı reysləri ləğv etməsinə səbəb olan sistem nasazlığına dair qiymətləndirmələr yer alıb. Açıqlamada kompüter hakerlərinin kiber hücum təşkil etdiyi qeyd olunub.
Şirkətin informasiya sistemində baş vermiş nasazlıqla bağlı istintaqa başlanıldığı vurğulanan açıqlamada, “Aeroflot informasiya sisteminin işləməsindəki problemlər kompüter hakerlərinin hücumu nəticəsində baş verib”, – deyə bildirilib. Aeroflot informasiya sistemində yaşanan nasazlıq səbəbilə Moskvadakı Şeremetyevo Hava Limanında bu gün 50-yə yaxın reysin ləğv edildiyini açıqlayıb.
Rusiya mediasında yer alan xəbərlərdə hücuma "Silent Crow" adlı kompüter hakerləri qrupunun məsuliyyət götürdüyü iddia olunub. Rusiyada Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumlar səbəbilə hava nəqliyyatında problemlər artdığı bir vaxtda, tətbiq edilən sanksiyalar Rusiya aviasiya şirkətləri üçün çətinliklər yaradıb.
Haberler.com
Aygün Babayeva