Pezeşkian Pakistana gedir

Bölmə: Dünya › ,
Tarix: 16:08 30.07.2025

İran Prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şərifin dəvəti ilə avqustun 2-si İslamabada səfər edəcək.

 

"İnformator.az" "Axar.az" a istinadən xəbər verir ki, bu barədə İran prezidentinin siyasi müşaviri Mehdi Sənayi məlumat yayıb.

 

Sənayi səfərin əyalət və sərhəd əməkdaşlığının inkişaf etdirilməsi, həmçinin mövcud 3 milyard dollarlıq ticarət həcminin artırılması məqsədi ilə olduğunu vurğulayıb.