ÇL-də sensasiya:-"Qarabağ"ın rəqibi FCSB olmayıb

Tarix: 23:34 30.07.2025
"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub.
"İnformator.az" xəbər verir ki, bu, Şimali Makedoniya təmsilçisi “Şkendiya” komandası olub.
Öz meydanda Rumıniyanın FCSB kollektivinə 1:0 hesabı ilə qalib gələn “Şkendiya” səfərdə də gözlənilmədən rəqibini 2-1 məğlub edib. Bununla “Şkendiya” III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olub.
Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən rəqibini 4:0 hesabı ilə üstələyən Ağdam klubu III təsnifat mərhələsinə vəsiqə qazanıb.