Rusiyada “Speedtest”ə giriş məhdudlaşdırıldı

Bölmə: Dünya › ,
Tarix: 16:21 30.07.2025

Rusiyada müəyyən edilmiş təhlükəsizlik təhdidləri səbəbindən məşhur “Speedtest” internet xidmətinə giriş məhdudlaşdırılıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə “Roskomnadzor” məlumat yayıb.

 

Qeyd olunub ki, xidmətə giriş hökumətin 12.02.2020-ci il tarixli 127 nömrəli qərarına əsasən məhdudlaşdırılıb: “Buna səbəb ictimai rabitə şəbəkəsi və Rusiya interneti üçün aşkar edilmiş təhlükəsizlik təhdidləri olub”.