SOCAR II rübdə neft ixracını cüzi artırıb

Bölmə: Sosial › ,
Tarix: 16:06 31.07.2025

Bu ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 4 milyon 157 min 350 ton təşkil edib.

 

“İnformator.az" bu barədə SOCAR-ın açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərinə istinadən xəbər verir.

 

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 min 623 min ton və ya 0,06 % çoxdur. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkədə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Qeyd edək ki, 2024-cü ilin ikinci rübündə SOCAR tərəfindən 4 milyon 154 min 727 ton neft xaricə ixrac edilib.



Bölmədən digər xəbərlər
QHT regionda maarifləndirmə tədbirlərini davam etdirir
Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyi “Mənim təhlükəsiz virtual məkanım” layihəsi çərçivəsində regionda maarifləndirmə tədbirlərini davam etdirir.