Nigeriyada sel fəlakəti

Bölmə: Dünya › ,
Tarix: 18:25 31.07.2025

Nigeriyanın Adamava ştatında baş verən sel nəticəsində 23 nəfər həyatını itirib.

 

Adamava ştatında yağan güclü leysan yağışları səbəbindən yaranan sel nəticəsində həyatını itirənlərin sayı 23-ə çatıb. Rəsmi şəxslər bildirib ki, seldə itkin düşənlərin axtarışı davam edir. Adamava ştatının qubernatoru Əhmədu Umaru Fintiri qeyd edib ki, 27 iyul tarixində Şagari, Yolde Pate və Sabon Pegi bölgələrində yağan güclü yağışların səbəb olduğu seldə ölənlərin sayı 23-ə yüksəlib.

 

Fintiri, qiymətləndirmə aparmaq üçün texniki komitə yaradacaqlarını söyləyib və əlavə edib ki, sel səbəbindən çox sayda insanın itkin düşdüyü bildirilir.

 

Haber Global

Nuray Əliyeva