Ölənlərin sayı 70-ə çatıb-Çində sel fəlakəti

Tarix: 19:52 31.07.2025
Çinin müxtəlif bölgələrində yağan güclü yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 70-ə yüksəlib.
Əyalət rəsmilərinin verdiyi məlumata görə, həftə ərzində demək olar ki, bir illik yağıntının 7 günə düşdüyü fırtınalar bir çox bölgədə təsirini göstərməkdə davam edir.
Pekinin şimal-şərqində yerləşən Miyun bölgəsindəki bir yaşlılar evində sel səbəbilə ciddi dağıntılar olub. Fəlakət zamanı 55-i əlil olmaqla ümumilikdə 69 nəfərin olduğu müəssisədə 31 nəfər həyatını itirib.
Pekində və ətraf bölgələrdə 44, Hebey əyalətində 16, Şanşi əyalətində isə 10 nəfər ölüb.
Hazırda fərqli bölgələrdə, aralarında 4 bələdiyyə əməkdaşı da olmaqla 9 nəfərin axtarışı davam etdirilir.
"Guardian" qəzetinin məlumatına görə, fırtınalarda avtomobillər aşıb, evlər su altında qalıb, 80 mindən çox insan təxliyə olunub və 100-dən çox kənddə elektrik enerjisi kəsilib.
Haber Global
Xəlilli Nigar